SON XƏBƏR

Saakaşvilinin partiyası parlament seçkiləri üçün yeni assosiasiya yaradıb

İyul 09
07:25 2024
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin təsis etdiyi müxalif "Vahid Milli Hərəkat" partiyası oktyabrda keçiriləcək parlament seçkiləri üçün "Aqmaşenebelinin strategiyası" partiyası və ayrı-ayrı siyasətçilərlə "Gürcüstanı xilas etmək üçün birlik" adlı birlik yaradıb.

Bu barədə "Milli Hərəkat" "Facebook" səhifəsində paylaşım edib.

"Əgər indiki mərhələdə digər partiyalar birləşə bilməyiblərsə, biz siyasətçilərlə, fəal ictimai xadimlərlə, vətəndaş təşkilatları ilə, ən əsası isə birliyin gücünü bizə göstərmiş gənclərlə birləşəcək, qazanacaq, gələcəyə yeni güc verəcəyik. İndi bu qələbəni sona çatdırmaq bizim borcumuzdur", - deyə "Milli Hərəkat"ın sədri Tinatin Bokuçava bildirib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook