Saakaşvili Ukraynadakı islahatlardan narazıdır
Noyabr 17
06:12
2015
Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynada islahatların yetərli səviyyədə olmamasını tənqid edib.
Musavat.com-un məlumatına görə, bu barədə o, Kiyevdəki beynəlxalq antikorrupsiya konfransında çıxışı zamanı bəyan edib.
Saakaşvilinin sözlərinə görə, Ukraynada sürətli dəyişikliklərin zərurəti yetişib, əks halda onun fikrincə, ölkəni növbəti təlatümlər gözləyir.
"Ya biz sürətli islahatlara, hökumətin deyil, bütövlükdə ölkənin təzədən qurulmasına gedirik və real inqilabi dəyişikliklərə nail oluruq, ya da heç kimdə illüziya qalmamalıdır” – qeyd edib o.
Saakaşviliyə görə, hələ də ölkədə prokurorluğun təsiri güclü olaraq qalır, "Odessa vilayəti timsalında isə prokurorluq vilayət administrasiyanın dəstəklədiyi iri investisiya layihələrinin təkərləri altına dəyənəklər qoyur”.
Qubernator bu xüsusda prokurorluğun əngəlləməyə çalışdığı Odessa aeroportunun tikintisini misal çəkib.



