SON XƏBƏR

Saakaşvili müxalifəti etirazlara çağırdı

Oktyabr 28
07:54 2024
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili hesab edir ki, müxalifətin parlament seçkilərində məğlubiyyətindən sonra kütləvi etirazların vaxtı çatıb.

"Report” xəbər verir ki, M.Saakaşvili bu barədə feysbukdakı səhifəsində yazıb.

"Əlbəttə, heç kim parlamentə getməməlidir. İndi başımıza kül səpməyin və aldandığımızdan narahat olmağın vaxtı deyil. İndi kütləvi etirazların vaxtıdır. Biz dünyaya göstərməliyik ki, azadlıq uğrunda mübarizə aparırıq və ədalətsizliyə dözməyəcək insanlarıq. Bir dəqiqə belə itirə bilmərik", - paylaşımda yazılıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook