Saakaşvili hərəkat yaradır
Dekabr 24
09:09
2015
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili partiyasız geniş antikorrupsiya hərəkatı yaradılacağını bəyan edib.
O bunu dekabrın 23-də jurnalistlərə Antikorrupsiya forumu çərçivəsində deyib.
O bildirib ki, biz Ukraynanın yenilənməsinə başlayacağıq və yeni hərəkat konkret siyasətçi və ya hansısa bir siyasi partiyanın təsiri altında olmayacaq.
Saakaşvili deyib ki, foruma minlərlə adam qatılıb, heç kimə pul ödənilməyib və heç kimə xüsusi çağırış edilməyib.
Qubernator bildirib ki, bu onların yenilik istədiyini bildirir.
Qeyd edək ki, Saakaşvili Gürcüstanın keçmiş prezidentidir.



