SON XƏBƏR

Saakaşvili: “20 tanınmışın həbsi yetər ki, korrupsiyaya qalib gəlinsin...”

Mart 24
20:28 2016
Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada korrupsiyaya qalib gəlməyin sadə yolunu göstərib.
 
Musavat.com-un məlumatına görə, "Novaya qazeta”ya müsahibəsində o, bildirib ki, bunun üçün ölkədə bir neçə məşhur siyasətçini, o cümlədən daxili işlər naziri Arsen Avakovu (erməni əsillidir –red.) həbs eləmək lazımdır.
 
"Ukraynada təxminən 20 adamı içəri salmaq lazımdır – ancaq yalnız tanınmışları. Bununla da hər şey bitəcək. Kivalovu, məsələn (Sergey Kivalov – Ali Radanın Odessadan olan deputatı). Kolomoyskini, məsələn. Aydın məsələdir ki, Avakovu. Mənə atdığı stəkana görə yox, internetdə yayılan videoya görə - harada ki, onun kabinetində hər şeyin necə "yerbəyer olduğu”, "həllini tapdığı” göstərilir. Həm də qanunsuz kazinoya görə - harada ki, onun oğlu sıravi ukraynalının ömrü boyu qazana bilmədiyi məbləği uduzur” – deyib Saakaşvili. Qubernator həmçinin, Ukrayna korrupsiyasının simvolu saydığı zəngin biznesmen Rinat Axmetovun da həbsinin istəyib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook