Rza Talıbovla Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak ediblər - FOTOLAR
Dekabr 03
12:36
2019
Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Mohamad A. Al-Qubaisinin dəvətilə, bu ölkənin milli bayramı-Birləşmə Gününün 48-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi General Rza Talıbov da iştirak edib.
Bu barədə məlumatı Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyi yayıb.
Qlobal.az






