“Rystad Energy”: ABŞ bu il dünyanın ən böyük neft istehsalçısı ola bilər
Yanvar 04
21:16
2018
ABŞ 2018-ci ildə dünyanın ən böyük neft hasilatçısı ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə "Rystad Energy” araşdırma şirkəti proqnoz verib. Bildirilir ki, ABŞ-da xam neft istehsalının artması nəticəsində bu ölkə 2018-ci ildə "qara qızıl”ın hasilat həcminə görə Rusiya və Səudiyyə Ərəbistanını geridə qoya bilər.
ABŞ-da xam neft istehsalının bu il 10 faiz artacağı proqnozlaşdırılır. Buna səbəb ABŞ-da şist nefti istehsalının son dövrdə maksimum səviyyəyə çatmasıdır. Belə ki, bu artım nəticəsində 2018-ci ildə ABŞ 43 il sonra neft istehsalına görə Rusiya və Səudiyyə Ərəbistanını geridə qoya bilər. ABŞ 1975-ci ildən indiyədək neft istehsalına görə Rusiyanın və Səudiyyə Ərəbistanında geridə olub.
"Rystad Energy” hazırda dünyanın ən böyük neft istehsalçısı olan Rusiyanın cari ilin sonuna kimi ikinci, Səudiyyə Ərəbistanı isə üçüncü sırada yer alacağını təxmin edir.