Rövşən Əkbərovun oğlunun ölkədən qaçdığı deyilir
Sentyabr 03
16:56
2021
21 il öncə Ukraynada iş adamı Elçin Əliyevi qətlə yetirməkdə təqsirli bilinərək həbs edilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlu Telman Əkbərov ölkəni tərk edib.
Bakupost.az xəbər verir ki, bu barədə mərhum E.Əliyevin ailəsinin vəkil Elçin Sadıqov məlumat verib.
Xatırladaq ki, sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən iclas zamanı Elçin Sadıqov Rövşən Əkbərovun oğlunun ona hücum edərək xəsarət yetirdiyini bildirib.



