SON XƏBƏR

Rövnəq Abdullayev: “Pulları seyflərdə saxlayırlar”

Yanvar 23
14:09 2017
İstiqrazlardan əldə olunan vəsaitlər ilk növbədə xaricdə buraxdığımız avrobondların geri alınmasına sərf olunur.

Qlobal.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, istiqraz buraxmaqla xaricə hər il milyonlarla dollar faiz ödəməyin qarşısı alınır:

"Bu faizlər əcnəbilərə gəlir qazandırmaqdansa, öz vətəndaşlarımıza ödənilir və valyuta da ölkəmizdə qalır. İkincisi, SOCAR-ın özünün faiz xərcləri azalır, vəsaitlərimizi daha səmərəli istifadə edirik. Üçüncüsü isə, bildiyimiz kimi, indi vətəndaşlarımız öz pullarının 80%-ni, bəlkə də daha artığını, dollara çevirib passiv vəziyyətdə evlərdə və seyflərdə saxlayırlar. Bu pullar nə iqtisadiyyata, nə də öz sahiblərinə gəlir gətirir. SOCAR istiqrazlarının buraxılması isə imkan verir ki, hazırda heç bir fayda verməyən bu pullar aktiv iqtisadiyyata cəlb olunsun”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook