Rüstəm Usubov kəfən geyinənləri qəbul etdi- kəfənli şikayətçilər
Fevral 03
13:06
2016
Fevralın 3-ü səhər saatlarında bir qrup şikayətçi Baş Prokurorluğun binası önündə etiraz aksiyası keçirib.
Şikayətçilər problemlərinin həll edilməməsindən narazılıq ediblər. Vətəndaşların əsas tələbləri Baş prokuror Zakir Qaralovla görüşmək olub. Onların bəziləri kəfən geyinməklə problemlərinə göz yumulmasına bu yolla etiraz ediblər.
Vətəndaşlar deyiblər ki, uzun müddətdir Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq, vəzifəli şəxslər onların problemlərinin həll edilməsi istiqamətində heç bir real addım atmır.
Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az saytına həmin vətəndaşların Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov tərəfindən qəbul edildiyini bildirib. O, həmçinin hazırda görüşün davam etdirildiyini əlavə edib.
Qlobal.az




