Rüstəm Behrudinin DUAsı
Oktyabr 30
10:21
2015
DUA
Ey Tanrım, poz yazdığın yazını bircə kərə,
Bəndəlikdən çıxarıb özgə tale yaz ,Allah!
Dərvişlik istəmirəm, dərvişə xirqə gərək,
Çılpaq ruhum əbaya, xirqəyə sığmaz, Allah!
Ağac ildə bir kərə, mən hər gün puçur-puçur,
Dərd açıb düzdüm onu tənhaların baxtına.
Öldür, kimə üz tutsam, nəyə sığınsam,uçur,
Ucalt məni ömürlük divanələr taxtına.