“Russia Today” Suriyadan videoreportaj hazırlayıb
Oktyabr 12
20:49
2015
Suriya ordusu Rusiyanın hava əməliyyatları sayəsində Həma bölgəsinin şimalındakı 5 səmt üzrə bəzi yaşayış məskənlərini terrorçulardan təmizləyib.
Bu barədə məlumat "Russia Today” telekanalında yayımlanıb. Telekanalın müxbiri Murad Qazdiyev Həma şəhərini lentə alıb.
Rusiyanın hava hücumlarından sonra meydana çıxan görüntüləri lentə alan M.Qazdiyevin baş verənləri şərh etdiyi anlarda da silahlı qarşıdurma səsləri eşidilib.
"RT” telekanalının müxbiri qəsəbədə heç bir mülki şəxsin qalmadığını vurğulayıb.
Rusiya təyyarələrinin bombardman hücumundan sonra Suriya ordusunun sürətlə irəlilədiyini bildirən M.Qazdiyev ordunun "Nusra Cəbhəsi” və digər əlaqəli qrupların yoxa çıxdığını da bildirib.