SON XƏBƏR

Ruslar Xarkova irimiqyaslı hücum planlaşdırılır

Fevral 26
13:08 2022
"Xarkovda mövqelərimizin düşmən artilleriyasından və aviasiyasından kütləvi şəkildə atəşə tutulması təhlükəsi var”. 

Qaynarinfo xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının sədri Oleq Sinequbov bildirib. O əlavə edib ki, komendant saatı başa çatsa da, şəhərdə hərəkət etmək təhlükəlidir. 

Sinequbov bildirib ki, gecə saatlarında düşmənin kəşfiyyat-diversiya qrupları işləyir: "Onların məqsədi mülki əhalini cəlb etmək, hədəfləri müəyyən etməkdir. İşğalçılar iki-beş nəfərdən ibarət qruplarla işləyirlər. Bütün hallarda şübhəli şəxslər barədə polisə və hərbçilərə məlumat verin”.

Onun sözlərinə görə, rayonun yaşayış məntəqələrinin qaz, elektrik şəbəkələri, su kəmərləri və digər mühüm infrastruktur obyektlərinin zədələnməsi halları qeydə alınır. Təmir briqadaları artıq qəza işlərinə başlayıb: "Bəli, atışma davam edir, lakin biz mümkün olan hər şeyi edirik ki, dəymiş ziyanı tez bir zamanda aradan qaldıraq. Sığınacaqları tərk etmək təhlükəlidir. Biz düşmən artilleriyasından və aviasiyasından mövqelərimizin kütləvi şəkildə atəşə tutulmasını gözləyirik".

O qeyd edib ki, bir neçə düşmən tankı şəhərə daxil olsa da, məhv edilib, şəhərə nəzarət bərpa olunub: "Qəhrəmanlarımızın ciddi müqavimətindən sonra düşmən biabırçı şəkildə sosial infrastruktur obyektlərini hədəfə almağa başlayıb, mərmilər Alekseyevkadakı qan bankına və rayon uşaq xəstəxanasına düşüb. Yaşayış binalarına ziyan dəyib".

Sinequbov həmçinin bildirib ki, şəhərin mərkəzində rus hərbçiləri hərbi obyektləri məhv etməyə cəhd edib: "Təəssüf ki, itkilər var”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook