SON XƏBƏR

Ruslar Ukrayna şəhərlərini "Qrad"la vurdular

Noyabr 18
13:39 2015
Rus separatçılar keçən gecə Ukraynanın Krasnoqorovka və Qornyak Donetsk şəhərini reaktiv "Qrad” qurğusundan atəşə tutublar.
 
Avropa.info xəbər verir ki, separatçılar mülki əhalinin üzərinə ən azı 12 raket atıblar. Keçən gün isə ruslar Ukrayna əhalisini və dinc sakinləri 25 dəfə atəşə tutublar. Şirokino, Zaytsev, Novoqorodsk yaşayış məntəqələri minaatan, qumbaraatan və iri kalibrli pulemyotlardan atəşə tutulub.
 
Qeyd edək ki, daha əvvəl Poroşenkonun antiterror məsələləri üzrə məsləhətçisi Andrey Lısenko bildirmişdi ki, separatçılar bu tərzdə davam edərsə, Ukrayna ordusu artilleriyanı atəşkəs xəttinə qaytara bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook