Ruslar kosmosda da rahat durmur – “NASA”-dan Rusiyaya xəbərdarlıq
İyul 08
15:38
2022
Üç rus kosmonavtın Beynəlxalq Kosmik Stansiyada Ukrayna əleyhinə təbliğat aparmasına cavab olaraq, "NASA” Rusiya Kosmik Agentliyini sərt şəkildə qınayıb.
"AzPolitika.info” Britaniyanın "Daily Mail” nəşrinə istinadla xəbər verir ki, rus kosmonavtlar- Oleq Artemyev, Denis Matveev və Sergey Korsakov iyulun 3-də əllərində qondarma "DNR”-"LNR” Respublikalarının bayraqalarını tutaraq, Ukrayna əleyhinə fikirlər səsləndiriblər.
Onlar bildiriblər ki, "bu bölgələrin ələ keçirilməsi, həm Yer üzündə, həm də kosmosda qeyd olunacaq bir qurtuluş günü olacaq”.
"NASA” "Roskosmos” tərəfindən yerləşdirilən şəkillərə cavab olaraq bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün Beynəlxalq Kosmik Stansiyadan siyasi məqsədlər üçün istifadə etməsi qəbuledilməzdir: "Bu, 15 beynəlxalq iştirakçı ölkə arasında elmin və texnologiyanın inkişafı üçün stansiyanın əsas funksiyası ilə uyğun gəlmir”.
Məlumatda qeyd olunub ki, "NASA” ilk dəfədir ki, Ukraynanın işğalı fonunda Moskva və "Roskosmos”un hərəkətlərini açıq şəkildə pisləyir.