Ruslan İzzətli ABŞ-da görüşlər keçirir - FOTO
Fevral 04
11:19
2016
ABŞ-da səfərdə olan D18 Hərəkatının başqanı Ruslan İzzətli ABŞ Konqresində görüşlər keçirir.
Qaynar.info xəbər verir ki, Konqresdə Amerika Respublikaçılar Partiyasından olan konqresmen Timothy Murphy ilə görüşüb.
D18 Hərəkatının mətbuat xidmətindən verilən məlumata görə, ABŞ Konqresində Ruslan İzzətli konqresmen T.Murphy ilə görüşüb. Görüşdə Azərbaycanda demokratiyanın, insan haqlarının durumu müzakirə edilib.
Bu haqda Ruslan İzzətli açıqlama verib. Açıqlamada deyilir: Ruslan İzzətli: " Cənab Murphy-yə Azərbayacanda demokratiyanın, insan haqlarının durumu haqda bilgi verdim. Ölkəmizdə jurnalistlərin, hüquq müdafiəçilərin həbsin cənab konqresmenin diqqətinə çatdırdım.
Görüş zamamanı ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen K.Smitin Azərbaycana qarşı sanksiya lahiyəsini müzakirə etdik. Konqresmendən xahiş etdik ki, cənab Smitin lahiyəsini dəstəkləsin”.
Qaynar.info



