SON XƏBƏR

Rusiyaya qarşı “cəhənnəm” sanksiyaları Konqresdən keçdi

İyul 12
11:59 2019
ABŞ Konqresinin Nümayəndələr palatası ötən gün iyulun 11-də Rusiyaya qarşı "cəhənnəm” sanksiyalarını təsdiqləyib. Virtualaz.org xəbər verir ki, bu sanksiyalara əsasən Rusiyanın suveren borcu üzrə əməliyyatların aparılmasına qadağa qoyulur. Sanksiyalar Rusiyanın Amerika seçkilərinə müdaxiləsinə cavabdır.

Konqresmenlər Bred Şerman və Maksin Uoters tərəfindən 2020-ci il üçün müdafiə büdcəsinə və maliyyə ilinə dair qanuna təklif edilmiş düzəliş Rusiyanın suveren borcları ilə əməliyyatların aparılmasını tam qadağan edir. Düzəlişə əsasən bu qadağa ancaq o halda ləğv edilə bilər ki, Rusiya Amerika seçkilərinə bir daha müdaxilə etməsin və Konqres bu qənaətə gəlsin.

"Bizə Rusiyanı ötən seçkilərə müdaxiləyə görə cəzalandırmaq üçün ciddi mexanizm lazımdır ki, bir sonrakı seçkilərə müdaxilə etməsin”,-konqresmen Şerman bildirib.

Lakin həmin düzəlişin əlavə olunduğu müdafiə büdcəsi hələ təsdiqlənməlidir. Əgər qanun layihəsi Konqresin aşağı palatasından keçsə növbəti mərhələdə hər iki palata tərəfindən razılaşdırılmalı, imzalanmaq üçün prezident Donald Trampa təqdim olunmalıdır.

Ağ evdən yayılmış bəyanatda isə deyilir ki, Tramp 2020-ci il üçün müdafiə büdcəsinə veto qoya bilər. Çünki administrasiya demokratlar tərəfindən nəzarət olunan Nümayəndələr palatasının Pentaqona Ağ evin tələb etdiyi kimi 750 milyard dollar deyil, 733 milyard dollar nəzərdə tutmasından narazıdır.
Virtualaz.org




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook