Rusiyanın Ukraynadakı hərbi cinayətləri: dörd AB ölkəsi araşdırmalara başladı
Mart 09
10:43
2022
"Artıq dörd Avropa ölkəsi Rusiyanın hərbi cinayətlərini araşdırmağa başlayıb”.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova Facebook səhifəsində məlumat verib.
Onun sözlərinə görə, bunlar Litva, Polşa, Estoniya və Almaniyadır.
"Ədalət naminə qlobal koalisiya hər gün böyüyür. Biz birlikdə hüquqi cəbhədə qalib gələcəyik", - Venediktova vurğulayıb.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, martın əvvəlində 39 ölkənin müraciəti əsasında Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində hərbi və insanlığa qarşı cinayətləri araşdırmağa başlayıb.
Martın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın soyqırım ittihamı ilə Rusiyaya qarşı iddiası üzrə dinləmələrə başlayıb.