Rusiyanın Ukraynadakı bütün əmlakı milliləşdiriləcək
Aprel 08
13:19
2022
"Hökumət Rusiyanın Ukraynadakı əmlakının milliləşdirilməsi prosesinə başlamaq üçün sənədlər üzərində işləyir”.
"Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal aprelin 8-də ümummili telemarafonda bildirib.
"Ukraynada Rusiyanın bir sıra biznesi var. Qanunda onların milliləşdirilməsi ilə bağlı mexanizm var. İndi qanuna uyğun olaraq, sənədlər hazırlanır. Bu prosesi artıq başlamışıq. Rusiyanın vurduğu ziyanın bir hissəsini kompensasiya etmək üçün onun Ukraynadakı bütün əmlakını milliləşdirəcəyik”, - o vurğulayıb.



