"Rusiyanın Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz" - Kreml

May 12
14:17
2023
Rusiya Federasiyasının Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz və bu cür şayiələri yayanlar yalançıdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası digər ölkələrin daxili işlərinə və seçki proseslərinə qarışmır.