Rusiyanın “Soyuz”u çat verir
Aprel 27
00:41
2016
Rusiyanın "Soyuz-ST” kosmik raketdaşıyıcısının səmaya buraxılması dördüncü dəfə təxirə salınıb. Bu barədə Avropa Kosmik Agentliyinin rəsmi saytında xəbər yer alıb.
Xəbərdə bildirilir ki, "Sentinel-1B” peyki ilə təchiz edilmiş raketdaşıyının Cənubi Amerikanın şimal-şərqində yerləşən Fransa Qvianasının Kuru kosmodromundan startı əvvəlcə 12 aprelə təyin edilib, texniki çatışmazlıqlar üzündən aprelin 22-nə keçirilib, sonra isə meteoroloji səbəblərdən baş tutmayıb. İTAR-TASS-ın məlumatında təxirəsalmaların hamısı hava şəraiti ilə əlaqələndirilsə də, Kuru kosmodromunun start xidmətinə nəzarət edən "Arianespace” şirkətinin direktoru Stefan İsraelin bildirdiyinə görə, dünənki buraxılış "Soyuz”un inersial ölçmə blokunda aşkar edilmiş qüsurlar səbəbindən təxirə salınıb.
Növbəti startın nə vaxta planlaşdırıldığı barədə məlumat verilmir. (Korrespondent.Az)
Qlobal.az



