Rusiyanın Qarabağ siyasəti Azərbaycanın maraqlarına ləkə salmaqdır (ŞƏRH)
Dekabr 29
17:00
2020
"Rusiya Dağlıq Qarabağın tamamına nəzarəti ələ keçirmək istəyir".
Bunu Qaynarinfo-ya açıqlamasında Politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Rusiya 1960 nəfərlə bölgəni nəzarət altında saxlaya bilmir:
"Əvvəl torpaqlarımız Ermənistanın işğalı altında idi, indi isə rusların işğalına keçib. Bizim üçün fərq etmir. Bəyanata görə, Rusiya hərbiçilərinin sayı 1960 nəfər olmalıdır. Amma görünən odur ki, Rusiya onların sayını artırmaq istəyir. Çünki qalacaq modul tipli yerlərinin sayını artırırlar. Buna Azərbaycanın razılığı olmalıdır. Çünki bəyanatda da göstərilib ki, say ancaq tərəflərin razılığı ilə artırıla bilər. Bizim razılığımız olmadan bu, artırıla bilməz. Görünən odur ki, bu işi gizlincə görürlər".
Elxan Şahinoğlu deyir ki, bu problemin həlli yolu Türkiyə hərbiçilərinin bölgədə yerləşdirilməsindən keçir:
"Bununla bağlı isə heç bir qərar yoxdur. Rusiya öz siyasətini gizlincə həyata keçirir. Ətrafındakı torpaqları necə işğal edib? Bu siyasət Azərbaycanda da həyata keçirilib. Baxmayaraq ki, Azərbaycanı dost və tərəfdaş ölkə adlandırıb. Bizim razılığımız olmadan bu işi görür. Hərbiçilərin fəaliyyətindən də biz narazıyıq. Onlar siyasətlərini davam etdirir və bu da Azərbaycanın maraqlarına ləkə salmaqdır".