SON XƏBƏR

“Rusiyanın Polşaya hücumuna cavab sərt və qətiyyətli olacaq” – Polşa Prezidenti

Fevral 13
02:57 2023
"Rusiyanın Polşaya birbaşa hücumuna cavab dərhal, sərt və qətiyyətli olacaq”.

"AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, belə bəyanatla Polşa Prezidenti Anjey Duda çıxış edib.

Prezidentin fikirləri administrasiyasının rəsmi saytında dərc olunub. Duda Polşanın Ukrayna müharibəsindəki prinsipial mövqeyinin doğurduğu riskləri qiymətləndirərkən bu barədə danışıb.

Prezident xatırladıb ki, Polşa NATO-nun üzvüdür, Rusiyanın belə təcavüzü NATO-ya qarşı birbaşa hücum kimi qiymətləndiriləcək.

"Unutmayın ki, Rusiyanın Polşaya hücumu NATO-ya hücumu olacaq. 2001-ci ildə ABŞ hücuma məruz qalanda, bütün müttəfiqlər terrorla mübarizədə Birləşmiş Ştatların tərəfində durdular. Biz hesab edirik ki, NATO üzvünə hücum olarsa, cavab eyni olacaq: Dərhal və qətiyyətli, - Duda bəyan edib. 

Xatırladaq ki, son vaxtlar Rusiya rəsmilərinin dilindən Polşaya münasibətdə təhdidkar fikirlər daha tez-tez eşidilir. Bu sırada Çeçenistan başçısı Ramzan Kadırov xüsusi fəallığı ilə seçilir. O, Ukraynanın ardından Polşanın da "denasifikasiya” ediləcəyini bildirir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook