"Rusiyanın motoatıcı bölməsi döyüşdə iştirakdan imtina edib" - Baş Qərargah
İyun 10
09:49
2022
"Rusiya hərbçiləri Vozdvijenka-Rota istiqamətində qismən uğur qazanaraq işğal etdiyi ərazilərdəki sərhədlərdə möhkəmlənirlər”.
"Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
"Rusiya qoşunları komandanlığını məcburedici tədbirlərinə baxmayaraq, əsgərlər xidmətdən imtina edirlər. Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal altında olan ərazilərində zorakı üsullarla səfərbərlik həyata keçirilir.
Məlum olub ki, Xarkov vilayətində ukraynalı müdafiəçilərlə döyüşlərdə verilən çoxsaylı itkilərə görə Rusiya Silahlı Qüvvələri 1-ci Ordu Korpusunun motoatıcı bölməsi bütünlüklə döyüş əməliyyatlarında iştirakdan imtina edib”.