SON XƏBƏR

“Rusiyanın heç vaxt Ukraynanı fəth etmək məqsədi olmayıb” - Kreml

Noyabr 29
11:11 2023
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiyanın heç vaxt Ukraynanı fəth etmək məqsədi olmayıb.

"Report”un TASS-a istinadən verdiyi xəbərə əsasən, o bildirib ki, tammiqyaslı hərbi əməliyyatlara başlayan Qərb və Ukrayna Prezidenti Volodimir Zelenski olub.
V.Medinski söyləyib ki, Moskva 2022-ci ilin yazında keçirilən danışıqlarda Kiyevdən bu ölkənin NATO-ya üzvlüyündən imtina etməsini tələb edib.

Prezidentin köməkçisi vurğulayıb ki, Kiyev Moskva ilə sülh müqaviləsi imzalasaydı, yüzminlərlə ukraynalının həyatını xilas edə bilərdi: "Zelenski müharibəni seçib”.
Kreml rəsmisinin sözlərinə görə, xüsusi əməliyyatın məqsəd və vəzifələrinə tam nail olunarsa, Ukrayna ilə sülh müqaviləsinin bağlanması indi də mümkündür.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook