Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

İyul 02
09:14
2025
Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.
"Report”un ABŞ bürosu xəbər verir ki, Estoniya, Latviya və Litva artıq BMT-yə rəsmi bildiriş təqdim edib, Finlandiya və Polşanın yaxın günlərdə müvafiq sənədləri təqdim edəcəyi gözlənilir.
"Human Rights Watch” təşkilatı bu addımı əsassız adlandıraraq, silahların fərq qoyulmadan insanlara zərər verdiyini və illərlə təmizlənməyən mina sahələrinin mülki əhaliyə təhlükə yaratdığını bildirib.
Bu qərar Rusiya və Ukraynanın piyada əleyhinə minalarından istifadənin artırdığı bir dövrə təsadüf edir. Rusiya müqaviləyə qoşulmayıb və 2022-ci ildən etibarən Ukraynada geniş miqyasda minaları tətbiq edir.
Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəsinin müqavilədən çıxması üçün fərman imzalayıb. Lakin müharibə şəraiti müqavilədən çıxışı hüquqi baxımdan müvəqqəti olaraq mümkünsüz edir.
Qərara beynəlxalq reaksiya sərt olub. BMT-nin baş katibi Antoniu Quterreş bu addımı mülki müdafiəni zəiflədən bir təhlükə kimi dəyərləndirib. Nobel mükafatı laureatları və bir çox beynəlxalq qurumlar müqavilənin qorunmasının vacibliyini vurğulayıb.