SON XƏBƏR

Rusiyanı BM TŞ-dan çıxarmaq mümkün deyil: "Biz bu reallığı dəyişdirə bilmərik"

Mart 31
17:18 2023
Hazırda Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq üçün real beynəlxalq hüquqi yollar yoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer keçirdiyi brifinqdə Rusiyanın təşkilatda sədrliyinin başlamasını şərh edərkən bildirib.

"Təəssüf ki, Rusiya Təhlükəsizlik Şurasının daimi üzvüdür və bu reallığı dəyişdirmək üçün real beynəlxalq hüquqi yollar yoxdur. Biz hazırda bununla yaşayırıq”, deyə Ağ Evin sözçüsü bildirib. 

Jan-Pyer əlavə edib ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi nə qədər xoşagəlməz olsa da, "reallıq budur və bu, əsasən simvolik vəzifədir, əlifba sırası ilə aydan-aya Şura üzvlərinə ötürülür”.

Ağ Ev BMT Təhlükəsizlik Şurasının bütün dünyada sülh və təhlükəsizliyin bir sıra məsələləri üzrə mühüm işini davam etdirməsi üçün Rusiya Federasiyasını özünü peşəkarcasına aparmağa çağırıb. 

Eyni zamanda, ABŞ gözləyir ki, Rusiya BMT Təhlükəsizlik Şurasındakı yerindən dezinformasiya yaymaq və diqqəti Ukraynadakı hərbi cinayətlərindən yayındırmaq üçün istifadə etməyə davam edəcək.

"BMT Nizamnaməsini kobud şəkildə pozan və qonşusunun ərazisini işğal edən ölkənin Təhlükəsizlik Şurasında yeri yoxdur”, deyə Ağ Evin sözçüsü qeyd edib.

Aprel ayından BMT-nin cədvəlinə əsasən, Rusiya Təhlükəsizlik Şurasına bir ay sədrlik etməlidir.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ölkəsi Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması məsələsini rəsmən qaldıracaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook