Rusiyalı milyarder Türkiyəyə qaçarkən hava limanında saxlanılıb - Təyyarəsi müsadirə edildi

İyul 08
09:08
2025
İyulun 6-da Rusiyanın tanınmış oliqarxı və deputatı, "Yujuralzoloto" şirkətinin sahibi Konstantin Strukov Türkiyəyə uçmağa çalışarkən hava limanında saxlanılıb.
Rusiya mətbuatının məlumatına görə, Strukovun şəxsi təyyarəsi məhkəmə icraçıları tərəfindən müsadirə olunub, həmçinin onun xarici pasportu da əlindən alınıb. O, ölkədən çıxışa qadağan olunmuş şəxslər siyahısına daxil edilib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Baş Prokurorluğu "Yujuralzoloto"nun milliləşdirilməsini tələb etmişdi. Strukovun eyni zamanda həm biznes fəaliyyəti, həm də qanunverici orqanda mandat sahibi olması qanun pozuntusu kimi qiymətləndirilir.