SON XƏBƏR

Rusiyalı məşhur jurnalist Ukrayna vətəndaşlığı almaq üçün müraciət edib

İyun 03
11:26 2022
Rusiyanın məşhur jurnalisti Aleksandr Nevzorov həyat yoldaşı Lidiya Nevzorova ilə birgə Ukrayna vətəndaşlığı almaq üçün müraciət edib.

"Report” xəbər verir ki, bununla bağlı sənədi "Mash” teleqram kanalı yayıb.

Onlar müraciəti aprelin 28-də İtaliyada olarkən Ukrayna konsulluğu vasitəsilə göndəriblər.

Ukraynanın "Vətəndaşlıq məsələləri ilə bağlı ərizələrin verilməsi qaydası haqqında” qanununun 107-ci maddəsinə əsasən, Kiyev Nevzorovların İnterpol və digər beynəlxalq təşkilatlar vasitəsilə axtarışda olub-olmadığını yoxlamalıdır.

Qeyd edək ki, A.Nevzorov 1993-cü ildən 2007-ci ilədək Dövlət Dumasının deputatı olub.

O, 2012-ci ildə seçkilər dövründə həmçinin Rusiya Prezidenti Vladimir Putinin vəkili olub. Bununla belə, A.Nevzorov Rusiya hakimiyyətinin qatı müxalifətçisi, xüsusilə ölkədə böyük nüfuza sahib olan Rus Pravoslav Kilsəsinin sərt tənqidçisidir. Rusiyanın Ukraynaya təcavüzündən sonra o, rəsmi Kiyevi dəstəkləyib və İsrailə mühacirətə gedib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook