Rusiyadan Ukraynaya rekord sayda hücum - İqnat detalları açıqladı

İyul 09
12:34
2025
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Kommunikasiya İdarəsinin rəisi Yuri İqnat bu gecə Rusiyanın Ukraynaya qarşı rekord sayda hava hücumu həyata keçirdiyini bildirib.
Onun sözlərinə görə, ümumilikdə 741 hava hücumu vasitəsi, o cümlədən 300-dən çox "Şahed” kamikadze dronu istifadə olunub.
Bildirilib ki, Ukrayna müdafiə qüvvələrinin operativ cavab tədbirləri nəticəsində 741 hava hücumu vasitəsindən 718-i zərərsizləşdirilib.
Onun sözlərinə görə, ümumilikdə 741 hava hücumu vasitəsi, o cümlədən 300-dən çox "Şahed” kamikadze dronu istifadə olunub.
İqnat qeyd edib ki, bu qədər böyük rəqəm Ukrayna əhalisində narahatlıq doğursa da, bunların hamısı "Şahed” deyil:"Şahed”lərin sayı 300-dən bir qədər çoxdur və onların böyük hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib".
İqnat həmçinin bildirib ki, bu dəfə hava hücumundan müdafiə sistemləri kifayət qədər uğurla işləyib, lakin "Kinzal” tipli aerobalistik raketlərdən az da olsa nəticələr qeydə alınıb:"Onların hamısı hədəflərinə çatmasa da, müəyyən dağıntılar var”.
Hücumlar əsasən Rusiya ərazisindən – Bryansk, Kursk, Orlov vilayətləri, həmçinin Saratov bölgəsindəki Engels şəhərindən həyata keçirilib.