SON XƏBƏR

Rusiyadan Türkiyə ilə bağlı çağırış

Mart 19
19:12 2016
Türkiyənin cənub-şərqində insan haqqlarının pozulması ilə bağlı dəqiqliklə araşdırma aparılmalıdır.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
 
"Raşn Tudey (Russian Today) televiziyasının Türkiyənin cənub-şərqində təhlükəsizlik qüvvələrinin apardığı əməliyyatlarla bağlı hazırladığı reportajları izlədik. Xüsusilə, Sur və Cizrə mahallarında əldə edilən görüntülər şok effekti yaratdı. Bu məsələlər ciddi araşdırılmalıdır. İnsan Haqqlarının Müşahidə Qurumu və Beynəlxalq Əfv Təşkilatı üzərinə böyük məsuliyyət düşür”, - Zaxarova vurğulayıb.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook