SON XƏBƏR

Rusiyadan oğurlanan 800 milyard haradadır? - Piontkovski

İyun 11
10:15 2018
Rusiyadan oğurlanan vəsaitlərin çoxu Qərbə aparılıb.

Axar.az xəbər verir ki, bunu Sotnik TV-yə müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski deyib. Onun sözlərinə görə, oliqarxlar pulların böyük qismini ABŞ və Britaniyada gizlədiblər:

"Bu vəsaitlər dondurulmalıdır. Bu pullar Rusiyaya ölkədə birinci qeyri-kriminal rejim qurulduqdan sonra qaytarılmalıdır. Ölkənin təbii resursların satışından əldə etdiyi vəsaitlərin 40%-i Putin rejimi tərəfindən Qərbə daşınıb. Əgər əvvəllər Britaniyada Putinin ətrafına məxsus aktivlərin miqdarı yarım trilyon dollar idisə, indi bu 800 milyarddır. Hazırda bu vəsaitlər dondurulma təhdidi ilə üz-üzədir”, – deyə o bildirib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook