SON XƏBƏR

Rusiyada türk filmləri qadağan olunacaq

Noyabr 28
15:56 2015
Rusiyada Türkiyə istehsalı olan serial və filmlərin televiziya ilə nümayişinə qadağa qoyulması təklif edilir.
 
"Report" xəbər verir ki, bu təkliflə Moskva Şəhər Dumasının Mədəniyyət və Kütləvi Kommunikasiyalar üzrə Komissiyası çıxış edib. Layihə təşəbbüskarı güman edir ki, yerli televiziya bu məhsullarsız daha yaxşı olacaq.
 
"Mən ümumiyyətlə yaxşı türk serialı tanımıram, üstəlik bizə xeyli cəfəngiyat göstərirlər və əgər bu yığışdırılarsa, düşünürəm televiziyalar bundan yalnız yaxşı olacaq", - deyə komissiya sədri Yevgeni Qerasimov bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook