SON XƏBƏR

Rusiyada təyyarə qəzası: ölənlər var

Fevral 06
20:05 2016
Qəzaya hava şəraitinin dumanlı olması səbəb olub.
 
Rusiyanın Orenburq vilayətində Sterlitamak şəhərindən Orska uçan yüngül motorlu An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb. Lifenews xəbər verir ki, təyyarənin qalıqları Orskdan bir az aralı Severovka rayonunda tapılıb.
 
Qəzaya hava şəraitinin dumanlı olması səbəb olub. Əlverişsiz hava şəraiti axtarışları da çətinləşdirib. Təyyarə "Layteyr” QSC-yə məxsusdur. Uçuşun məqsədi Orsk ətrafında neft kəmərinə baxış keçirmək idi.
 
Təyyarədə olan iki ekipaj üzvü və "Transneft” şirkətinin nümayəndəsi dünyasını dəyişib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook