SON XƏBƏR

Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb: 61 ölü

Mart 19
07:17 2016
Dubaydan Rostov-na-Donu şəhərinə uçan sərnişin təyyarəsi pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb.
 
"Report" xəbər verir ki, bu barədə regionun fövqəladə xidmət orqanlarına istinadən RİA "Novosti" məlumat yayıb.
 
"İlkin olaraq "Boeing-737" pis görüntü şəraitində uçuş-enmə zolağından 50-100 metr kənara düşüb. Sərnişinlərin və heyət üzvlərinin aqibəti müəyyənləşdirilir", - deyə mənbə bildirib. Təyyarə "Fly Dubai" aviaşirkətinə məxsus olub. Eniş zamanı partlayış baş verib. Hava gəmisində 59 sərnişinin olduğu bildirilir. Hazırda hava limanı bağlanıb.
 
APA-nın məlumatına görə, ekipaj üzvləri ilə birlikdə 61 nəfər ölüb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook