SON XƏBƏR

Rusiyada işləyən azərbaycanlıların nəzərinə

Sentyabr 27
00:59 2024
Rusiya əcnəbilərə rus dili biliyinə dair tələbləri sərtləşdirir. Belə ki, rus dilini bilməyən əcnəbilərə miqrasiya statusu və ya vətəndaşlıq verilməyəcək.

Oxu.az-ın verdiyi məlumata görə, bu barədə Rusiya DİN-in nümayəndəsi İrina Volk özünün "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, Rusiya Daxili İşlər Nazirliyi miqrasiya statusu və ya Rusiya vətəndaşlığı almaq istəyən əcnəbi vətəndaşlar arasında rus dilinin bilinməsinə nəzarəti gücləndirir. Daxili işlər orqanları müntəzəm olaraq rus dilini bildiklərinə dair sənədləri olan, lakin əslində onu bilməyən xariciləri aşkar edirlər. Bundan sonra dil sertifikatları verən imtahan təşkilatçılarından ibarət cinayətkar qrupların fəaliyyətinin araşdırılmasına başlanılır.

O, həmçinin bildirib ki, Rusiya DİN xaricilər üçün saxta rus dili imtahanları keçirən mütəşəkkil qruplar və ayrı-ayrı şəxslərlə fəal mübarizə aparır. Aşkar edilmiş pozuntular barədə məlumatlar müvafiq tədbirlərin görülməsi üçün "Rospotrebnadzor"a (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) göndərilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook