Rusiyada işçi çatışmazlığı görünməmiş həddə çatıb – RƏSMİ
Aprel 18
07:09
2024
Bu ilin birinci rübündə Rusiyada əvvəlki rüblə müqayisədə bütün müşahidələr tarixində rekord sayda işçi çatışmazlığı qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Mərkəzi Bankı açıqlayıb. Bankın hesabatına görə, həm bütövlükdə iqtisadiyyatda, həm də əsas sənaye sahələrində kadrlarla təminat vəziyyəti pisləşib.
Eyni zamanda sorğuya əsasən, 2024-cü ilin ikinci rübündə iqtisadiyyatın əsas sahələrində fəaliyyət göstərən müəssisələr işçilərin sayını artırmağı planlaşdırır.
Mərkəzi Bankın məlumatına görə, kadr çatışmazlığı ilə mübarizə üçün bir sıra müəssisələr cari ilin əvvəlində müəyyən kateqoriyadan olan işçilərin əməkhaqlarını artırıb, digərləri isə lazımi səriştələrə malik olmayan kadrları cəlb etməyə hazırdır. Bəziləri təcrübəli, yaşlı mütəxəssisləri saxlamağa çalışır.
Bundan əvvəl Rusiya Bankının rəhbəri Elvira Nabiullina bildirmişdi ki, Rusiya iqtisadiyyatı demək olar ki, bütün əmək resurslarından tam istifadə edib və hazırda kadrlarla bağlı vəziyyət kəskindir.