Rusiyada bakalavriat və magistratura ləğv edilir
Yanvar 29
10:05
2026
Rusiyada ali məktəblərdə "bakalavr” və "magistr” dərəcələri bu ilin 1 sentyabrından etibarən ləğv ediləcək.
APA "Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Kseniya Qoryaçeva bildirib.
"Bakalavr–magistr” formulu əvəzinə aşağıdakı sistem tətbiq olunur: baza ali təhsil – ixtisasdan asılı olaraq 4 ildən 6 ilədək müddətdə; ixtisaslaşmış ali təhsil isə 1–3 il davam edəcək. Bu, mahiyyət etibarilə peşəkar, idarəetmə və elmi-tədqiqat istiqamətlərini əhatə edən magistraturanın yenilənmiş formatıdır”, – deyə Qoryaçeva bildirib.
Siyasətçi qeyd edib ki, Boloniya sisteminin əvəzlənməsi prosesi 2022-ci ildən başlayıb və ilkin mərhələdə keçid proqramı Rusiyanın altı ali məktəbində sınaqdan keçirilib. Hazırda bu təcrübə digər ali təhsil müəssisələrinə də şamil edilir.
Parlamentarinin sözlərinə görə, yeni tədris ilindən etibarən bu qadağa aradan qaldırılır. Qoryaçeva əlavə edib ki, aspirantura əvvəlki kimi peşə təhsilinin ayrıca pilləsi olaraq saxlanılır.
Qanunvericilərin təşəbbüsünə əsasən, ali məktəblər üçün təsdiqlənmiş ödənişli qəbulun tənzimlənməsi prinsipləri kolleclərə də tətbiq edilməlidir. Daha əvvəl 2025-ci ildə Rusiyada kolleclərə qəbul olunan birinci kurs tələbələrinin sayı da açıqlanmışdı.



