Rusiyada Azərbaycan tamaşaları ləğv edildi

İyul 15
16:42
2025
Rusiyada Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının "Böyük qastrol” proqramı çərçivəsində planlaşdırılan tamaşaları ləğv edilib.
Xatırladaq ki, məlum Yekaterinburq hadisələrindən sonra Azərbaycan Rusiyanın ölkəmizdə keçirəcəyi bütün mədəni tədbirləri və konsertləri ləğv edib.
"AzPolitika” xəbər verir ki, bu barədə Rusiya kanalları məlumat yayıb.
Novosibirsk Qlobus Teatrı Azərbaycan qrupunun çıxışlarını ləğv etdiyini açıqlayıb. Afişada deyilir ki, sentyabrın 28-də Novosibirskdə "Müsyö Jordan, botanik və məşhur sehrbaz Dərviş Məstəlişah” tamaşası, sentyabrın 29-da isə "Hamlet” tamaşası nümayiş etdirilməli idi.
Turun ləğvinin rəsmi səbəbləri açıqlanmayıb. Təşkilatçılar hələlik vəziyyətlə bağlı açıqlama verməyiblər.
Azərbaycan Dövlət Rus Dram Teatrı bundan əvvəl də "Böyük qastrollar” proqramında iştirak edib və rus səhnələrində uğurla çıxış edib.