Rusiya: “Yeni Avropa yaradacağıq”
Fevral 15
09:28
2016
Rusiya: "Yeni Avropa yaradacağıq”
NATO hazırda bütün diqqətini Rusiyanın siyasi və hərbi yolla qarşısının alınmasına yönəldib.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın "Vol Strit Jornal” qəzetinə müsahibəsində Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko söyləyib. Onun sözlərinə görə, NATO-nun bu fəaliyyəti çox təhlükəli tendensiyadır:
"Bu bizim seçimimizdir.
Biz inanırıq ki, yeni Avropa yaradılması yolunda fəaliyyətimizi davam etdirməliyik. NATO hələ də köhnə əməllərindən əl çəkmir”.



