Rusiya “Yars” nüvə komplekslərinin təlimlərinə başlayıb

Mart 29
11:22
2023
Rusiya Silahlı Qüvvələri "Yars” nüvə komplekslərinin təlimlərinə başlayıb.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, bu, tapşırıqların icrası zamanı hərbi qulluqçuların hərəkətlərinin ahəngdarlığını yoxlamaq məqsədilə planlaşdırılmış təlimlərdir.
"Silahlı Qüvvələr qitələrarası ballistik raketlə təchiz edilmiş "Yars” strateji raket sistemini komanda-qərargah hazırlığına gətirib və Novosibirsk raket birləşməsinin hərbçiləri bu sistemlə təlim keçəcək” – nazirlik deyib.