SON XƏBƏR

Rusiya XİN nüvə təhlükəsizliyi ilə bağlı ABŞ-a xəbərdarlıq edib

Mart 02
14:40 2023
"ABŞ-ın hərəkətləri səbəbindən Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi ilə bağlı durum getdikcə mürəkkəbləşir”.

"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton nüvə sınağı keçirmək qərarına gələrsə, Rusiya adekvat cavab verəcək: "Rusiya baş verənlərə biganə qala bilməz. Qlobal strateji paritetin məhv edilə biləcəyi ilə bağlı təhlükəli illüziyalar kimsədə olmamalıdır”.

Qeyd edək ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı il sentyabrın 10-da BMT Baş Assambleyasının 50-ci sessiyası tərəfindən qəbul edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook