SON XƏBƏR

Rusiya Xəzərdə və Ermənistanda genişmiqyaslı təlimlərə başlayacaq

Avqust 09
15:18 2021
Rusiyanın Cənub Hərbi Dairəsi genişmiqyaslı hərbi təlimlərə başlayır. 

Təlimlər Qara dəniz və Xəzər dənizindəki Hərbi Dəniz Qüvvələri, həmçinin, hərbi-nəqliyyat təyyarələri, operativ-taktiki aviasiya və s. qatılacaq.

Avqustun 9-dan sentyabrın 15-nə qədər davam edəcək təlimlər quru qoşunları və aviasiyanın iştirakı ilə Həştərxan və Rostov vilayətində, Krasnodar və Stavropol diyarları, Dağıstan, Çeçenistan və Krımda aparılacaq.

Hərbi təlimlər Rusiyanın Ermənistan, Abxaziya və Cənubi Osetiyadakı hərbi bazalarında da keçiriləcək. /Modern.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook