SON XƏBƏR

"Rusiya Xarkov və Odessanı nəzarətə götürməlidir" - Kadırov

Fevral 13
14:48 2023
Rusiya öz təhlükəsizliyini təmin etmək üçün Xarkov və Odessanı nəzarətə götürməlidir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.

Onun sözlərinə görə, Ukraynadakı xüsusi əməliyyatın tapşırıqları ilin sonuna qədər tamamlanacaq. "Biz başa vuracağıq, baxmayaraq ki, bəziləri 1 il, 2 il, 3 il deyir, amma inanıram ki, ilin sonuna kimi qarşıya qoyulan vəzifəni 100% yerinə yetirəcəyik".

Kadırov bildirib ki, Rusiya Ukraynada sülh naminə döyüşür. "Biz döyüşürük ki, sülh olsun, bizi öldürməsinlər, bizə atəş açmasınlar. Beləliklə, biz hamımız bugünkü kimi, gecə-gündüz işləməliyik”.

Çeçenistan rəhbəri Rusiyanın Ukraynada tam gücü ilə döyüşmədiyini də söyləyib: "Amma Rusiyanın səbri tükənə bilər", - o deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook