SON XƏBƏR

"Rusiya və Ukrayna ilə razılığa gələ biləcək yeganə lider Ərdoğandır" - Orban

İyul 11
07:45 2024
Macarıstanın Baş naziri Viktor Orban Türkiyənin Ukraynada müharibə başlayandan bəri sülhün təmin edilməsində əvəzolunmaz işlər gördüyünü deyib.

APA xəbər verir ki, Orban Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qara dənizdə taxıl müqaviləsi bağlaya bilən yeganə uğurlu dövlət xadimi olduğunu bildirib.

Macarıstanın Baş naziri Viktor Orban "X” hesabında paylaşdığı bir videoda ABŞ-ın paytaxtı Vaşinqtonda NATO-nun 75-ci ildönümünü tədbiri çərçivəsində görüşdüyü Rəcəb Tayyib Ərdoğanı tərifləyib.
O Ərdoğanla ikitərəfli görüş zamanı Ukraynada daha amansız səviyyəyə çatan müharibənin müzakirə edildiyini və oradakı iztirablara son qoymaq üçün sülhün və sülh təşəbbüsünün zəruriliyinin qaçılmaz olduğunu vurğulayıb.

O görüş zamanı Ərdoğandan Rusiya və Ukrayna arasında sülh missiyasında ona yardım etməyi xahiş edərək Ərdoğanın Rusiya və Ukrayna ilə razılığa gələ biləcək yeganə lider olduğunu müdafiə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook