SON XƏBƏR

Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub - Melitopol meri azad edilib

Mart 17
13:18 2022
Rusiya hərbçiləri tərəfindən əsir götürülən Melitopol meri İvan Federov azad edilib.

"AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, ruslar tərəfindən əsir götürülən Melitopol meri İvan Federov 9 rus hərbçisi qarşılığında sərbəst buraxılıb.

Ukrayna Prezident Aparatı rəhbəri Andrey Yermak və onun müavini Kiril Timoşenko da məlumatı təsdiqləyiblər. Kiril Timşenko bildirib ki, Volodimir Zelenski ilə Federov arsında telefon danışığı olub. Federov hələ özünə gələ bilmədiyini, bir neçə gün istirahət etdikdən sonra vəzifəsinə qayıdacağını açıqlayıb.

Xatırladaq ki, İvan Federov martın 12-də düşmənlə əməkdaşlıqdan imtina etdiyi üçün rus əsgərləri tərəfindən əsir götürülmüşdü. Bundan sonar ruslar Moskvayönlü Qalina Danilçenkonu Melitopolun yeni meri təyin etmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook