SON XƏBƏR

Rusiya və Türkiyə Qəzza zolağında dərhal atəşkəs əldə etməyə çağırdı

Dekabr 20
15:21 2023
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç görüş zamanı Qəzza zolağında dərhal atəşkəsin vacibliyini vurğulayıblar.

Qaynarinfo bu barədə TASS-a istinadla xəbər verir.

"BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasında Yaxın Şərq məsələləri üzrə müzakirə olunan məsələlərə ətraflı şəkildə toxunulub, işğal olunmuş Fələstin ərazisində, ilk növbədə Qəzza zolağında zorakılığın artması vurğulanıb. 

Hər iki tərəf təcili və geniş atəşkəs yolu ilə qan tökülməsinin dayandırılmasının vacibliyini vurğuladı”, deyə Rusiya diplomatik xidmətinin bəyanatında bildirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook