Rusiya Ukraynaya hücum edərsə, ABŞ necə hərəkət edəcək? – Ən sərt tədbirlər
Noyabr 20
13:27
2021
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, demokrat Robert Menendez növbəti maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə Ukraynaya qarşı düşmənçilik hərəkətləri edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan düzəliş təklif edib.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, Rusiya hökuməti Ukraynaya qarşı hərbi eskalasiya və ya digər düşmənçilik əməliyyatları həyata keçirərsə, sanksiyalar tətbiq edilməlidir.
ABŞ prezidenti hər 15 gündən bir vəziyyəti dəyərləndirməli olacaq. ABŞ administrasiyası eskalasiyanın baş verdiyini hesab edərsə, 30 gün ərzində Rusiyanın ali rəhbərliyinə, o cümlədən dövlət başçısına, nazirlərə, hərbçilərə, həmçinin Sberbank, VTB-yə, Qazprombank, Promsvyazbank, Şimal axını – 2 və digər Rusiya strukturları və müəssisələri, eləcə də ölkənin suveren borcuna qarşı bir sıra sanksiyalar tətbiq etməli olacaq.
Bundan əlavə, senator Rusiyanın təcavüzü halında Ukraynaya əlavə hərbi yardım göstərməyi təklif edir.