SON XƏBƏR

Rusiya Ukraynaya 10 gün vaxt verdi

Yanvar 19
21:50 2016
Rusiyanın "Qazprom” şirkəti Ukraynanın "Naftoqaz”ına qaza olan borc hesabını göndərib.
 
ANS PRESS-in məlumatına görə, "Naftoqaz” 10 gün ərzində borcunu ödəməlidir. "Qazprom”la "Naftoqaz” arasında mövcud müqaviləyə əsasən alıcı hər il qaza olan minimum illik məbləği ödəməyə borcludur. Müqavilənin şərtlərinə əsasən, 2015-ci ilin 3-cü rübü ərzində qazın minimum illik miqdarı 10.485 mld kubmetr təşkil edib. Bunu nəzərə alaraq 2015-ci ilin üçüncü rübündə "Qazprom" Ukraynaya 2,549 milyard dollar məbləğində borcun hesabını göndərib”, - deyə "Qazprom”un məlumatında qeyd olunur. ”Ukrayna 2015-ci ilin 3-cü rübündə faktiki olaraq Rusiya qazını almaqdan imtina edib. Bu baxımdan həmin dövrdə "al, ya ödə” qaydasından istifadə etməməklə bağlı heç bir razılaşma olmayıb”, - deyə "Qazprom” şirkətinin rəhbəri bildirib.
 
2015-ci ildə Ukrayna Rusiyadan cəmi 6.1 mld kubmetr qaz almaqla antirekord vurub. 2014-cü ilin sonunda Ukraynaya 8.197 mld dollar qaz borcu yazılmışdı. 2015-ci ilin iyununda isə "Qazprom” şirkətinin rəhbəri Aleksey Miller "Naftoqaz"ın borcunun 26.7 mld-a çatdığını bildirmişdi. Daha sonra isə "Qazprom" hesabı dəqiqləşdirərək Ukrayna şirkətindən ümumilkdə 29 mlrd dollar tələb etmişdi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook