SON XƏBƏR

Rusiya təyyarələri Türkiyə sərhədini bombaladı

Yanvar 31
17:20 2016
Suriya ordusu rus hərbi təyyarələrinin yardımı ilə Türkiyə sərhədində yerləşən strateji qəsəbəni müxaliflərdən azad edib. Axar.az xəbər verir ki, ordu Lazkiyə şəhərinin şimal-şərqindəki Navara qəsəbəsini ələ keçirib. Bundan başqa, Hələbin şərqindəki Tel Maksur qəsəbəsi də İŞİD-dən azad edilib. Rusiya bombardmanı nəticəsində xeyli sayda itki verən müxaliflər Türkiyəyə qaçıb. Xatırladaq ki, strateji əhəmiyyətə malik olan Navara qəsəbəsi 2012-ci ildə müxaliflər tərəfindən işğal olunmuşdu.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook